Söyüdlü kəndinə post qoyuldu, kənar şəxslərin girişi qadağan edildi –FOTO

Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunur ki, kəndə yalnız pasport qeydiyyatında olanlar buraxılır.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya məlumatı təsdiq edib.

O qeyd edib ki, hazırda sakinləri narahat edən məsələlər araşdırılır: “Həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə sakinlərdən başqa şəxslərin kəndə girişi məhdudlaşdırılıb”.

Qeyd edək ki, Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.