Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.
Belə ki, Orxan Məmmədov tanışı, zərərçəkmiş Kamran İbrahimovla kafedən çıxıb öz məhlələrinə gələn zaman yolda mübahisə edib. Buna səbəb isə zərərçəkmişin yüksək səslə danışması və onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman Orxan yaşadığı evdən götürdüyü mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsinə bir dəfə vuraraq, ona ağır zərər yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.