“Söz verirəm ki, Kiyev qələbəyə qədər mübarizə aparacaq”- Zelenski Avropa Parlamentində çıxış etdi (VİDEO)

“Ukrayna və Avropa İttifaqı hazırda dünyanın ən anti-Avropa qüvvəsi olan Rusiyaya qarşı birgə mübarizə aparır”.

Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentində çıxış edən Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Çıxışına “Yaşasın Ukrayna!” şüarı ilə başlayan Zelenski Rusiya təcavüzünün dəf edilməsində, ukraynalıların tarixi mübarizəsində verdikləri dəstəyə görə avropalılara təşəkkür edib.

Zelenski bildirib ki, məqsədi Ukraynanı Avropa İttifaqına və bununla da evinə gətirməkdir: “Avropa və onun azad həyat tərzi diktator tərəfindən təhdid edilir. Söz verirəm ki, Kiyev qələbəyə qədər mübarizə aparacaq. Əminəm ki, Ukrayna Rusiya ilə müharibədə qalib olandan sonra Avropa İttifaqına üzv ola biləcək”.

Qeyd edək ki, avropalı deputatlardan bəziləri iclasa Ukrayna bayrağının rənglərinin əks olunduğu geyimdə gəlib.

Azpost.info

Əvvəlki məqalə

Sovet Rusiyasının sonuncu Baş naziri 93 yaşında vəfat edib

Sonrakı məqalə

“Ukrayna xalqının gələcəyi Avropa İttifaqındadır”