“SpaceX” “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxarıb

“Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital bürcünü artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxıb.

Bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.

“SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. Orbitdə, təxminən, “SpaceX” ə məxsus 4,6 min cihaz işlək vəziyyətdə qalır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.