Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Casablanca Travel”in rəhbərindən şok dələduzluq –

Orkhan Ali 06 May 2025 - 23:45 (Last updated: 21 May 2025 - 20:52)
Xəyal Həmidov

Xəyal Həmidov

Ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turlar təşkil edəcəyi barədə vəd verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidova (Xəyal Həmidov) hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1983-cü ildə Sabirabad rayonunda anadan olmuş Xəyal Həmidov barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanan cinayət işinə məhkəmədə baxılıb.
İş üzrə məlum olub ki, “Casablanca Travel” MMC-nin təsisçi-direktoru Xəyal Həmidov 11 zərərçəkmişə ümumilikdə 99 903 manat ziyan vurmaqla təkrarən dələduzluq edib. O, ayrı-ayrı vətəndaşlara Türkiyənin paytaxtı Ankara şəhərində tibbi müalicə almaq, Antalya, Marmaris, Kuşadası (Türkiyə), həmçinin Monteneqroda istirahət etmək, Fransaya səfər üçün viza dəstəyi almaq adı ilə müxtəlif şəxslərdən pul alaraq mənimsəyib.
İş üzrə diqqətçəkən məqamlardan biri də Dövlət İqtisad Universitetinin rektoru Ədələt Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dağıstan Respublikasında keçiriləcək Yeni il tədbirində iştirakı üçün təqsirləndirilən şəxsin tanışından 25 500 manat pul alması olub. Xəyal Həmidov tanışını inandırıb ki, həmin məbləğ verildiyi təqdirdə Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti üçün xüsusi tur paketi hazırlanacaq və bunun müqabilində birlikdə qazanc əldə ediləcək.
Məhkəmədə ifadə verən Xəyal Həmidov bildirib ki, 2013-cü ildən təsis etdiyi “Casablanca Travel” MMC vasitəsilə aviabilet, otel, viza dəstəyi və tur paket xidmətləri göstərib. O, 2020-ci ilin martında bütün dünyada başlayan COVID-19 pandemiyası səbəbindən şirkətin müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyini və turizm sahəsinin fəaliyyətsiz qalması nəticəsində ziyana uğradığını deyib. Məhz bu səbəbdən cinayət əməllərini törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə Xəyal Həmidov 1 il müddətinə turizm sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

AzPost.az

Post navigation

Previous: Bakıda taksi sifariş edən şəxs 4500 manat ziyana düşdü
Next: “Sosial hüquqların araşdırılması” İctimai Birliyi yeni layihənin icrasına başladı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.