“Space”TV-yə Rəşid Behbudovun kürəkəni rəhbərlik edəcək –Vaqif Mustafayev əməkdaşlarla sağollaşdı

“Space” TV-yə bundan sonra kanalın İcraçı direktoru, Rəşid Behbudov Fondunun diektoru, görkəmli sənətkar Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev rəhbərlik edəcək.

Bu haqda etikxeber.az-a “Space”-dən məlumat verilib.

Qeyd edilib ki,bu gün-bir az öncə kanalın keçmiş rəhbəri V. Mustafayev “Space”-yə gəlib, təhvil-təslim olub.

Həmçinin, V. Mustafayev “Space”-nin əməkdaşları ilə sağollaşıb.

“Çox güman ki, Kamil Şahverdiyev kanalın müvəqqəti yox, daimi rəhbəri olacaq və rəhbər dəyişikliyi keyfiyyət dəyişikliyinə də gətirib çıxaracaq”-deyə, sonra bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir