Şri-Lanka prezidenti Qotabaya Racapaksanın istefasına qərar verilib.
Azpost.info xəbər verir ki, qərarı ölkənin siyasi partiyalarının liderləri parlamentin spikeri Mahinda Yapi Abeyvardena ilə fövqəladə görüş zamanı qəbul ediblər.
Şri-Lanka Müsəlman Konqresi Partiyasının rəhbəri Rauf Hakim bildirib ki, spiker Abeyvardena Şri-Lankanın müvəqqəti prezidenti olacaq.
Eks-prezidentin ölkəni tərk etdiyi iddia edilir.
Azpost.info