Rusiyada palma yağı istehlakı otuz il ərzində 35 dəfə artıb.
AzPost bildirir ki, bu barədə Dövlət Dumasının Komitə sədri Nina Ostanina bildirib.
Onun sözlərinə görə, palma yağı 1990-cı illərin əvvəllərində adambaşına 200 qram düşürdü, indi 7 kiloqramdan çox olub. Palma yağı tədarükü 250 min tondan 1 milyon tona qədər artıb. Lakin məhsulun keyfiyyəti sual altındadır.
Ostanina qeyd edib ki, SSRİ-də palma yağından köməkçi maddə kimi istifadə olunurdusa, indi o, qida məhsullarına daxildir. Dəyişikliklər kənd təsərrüfatındakı problemlər və mal-qaranın sayının azalması ilə əlaqədar olub.