“SSRİ-ni bu şəxslər dağıtdı” –Qorbaçov “yenə birgə iş görə bilərik” dedi  

“Yenidənqurma  “QKÇP” və bu qiyamdan istifadə edib SSRİ-ni dağıdanların üzündən uğursuz oldu”.

Azpost.info bildirir ki, bu sözləri Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçov RİA-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, buna baxmayaraq bu, heç də yenidənqurmanın əhəmiyyətini azaltmır.

Ötən ilin noyabrında Mixail Qorbaçov SSRİ-nin dağılmasının səbəbləri barədə danışarkən müttəfiq respublikalarla münasibətlərin yenilənməsində olan problemləri qeyd etmişdi: “Bu münasibətləri demokratikləşdirmək və islahat aparmaq lazım idi. Bu edilmədi”.

Qorbaçovun sözlərinə görə, o zaman müttəfiq respublikaların öz dövlətçilik anlayışı yaranmışdı və bununla hesablaşmaq lazım idi. Amma bu həmişə nəzərə alınmırdı: “SSRİ daxilində münasibətləri təkmilləşdirmək lazım idi”.

M.Qorbaçov keçmiş SSRİ respublikalarının birgə dialoq apara biləcəklərini vurğulayıb: “Tərəfləri bir yerə yığmağa ehtiyac yoxdur. Bizim ümumi tarixmizi xatırlamaq lazımdır. Onu biz bir yerdə müdafiə etmişik. İndi də bir yerdə işlərimizi görə bilərik”-deyə Qorbaçov vurğulayıb.

Aprelin 23-də Kommunist Partiyasının məşhur Aprel plenumunun 35 ili tamam olub. Məhz 1985-ci ilin aprelində keçirilmiş bu plenum SSRİ-də yenidənqurmanın başlanma tarixi sayılır.

SSRİ 1991-ci il dekabrın 25-də Prezident Qorbaçovun xalqa müraciətindən sonra mövcudluğuna son qoyub.

Azpost.info

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcma sədri:

Sonrakı məqalə

UEFA Azərbaycan klublarına pul ödəyəcək