“Yenidənqurma “QKÇP” və bu qiyamdan istifadə edib SSRİ-ni dağıdanların üzündən uğursuz oldu”.
Azpost.info bildirir ki, bu sözləri Sovet İttifaqının sabiq prezidenti Mixail Qorbaçov RİA-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, buna baxmayaraq bu, heç də yenidənqurmanın əhəmiyyətini azaltmır.
Ötən ilin noyabrında Mixail Qorbaçov SSRİ-nin dağılmasının səbəbləri barədə danışarkən müttəfiq respublikalarla münasibətlərin yenilənməsində olan problemləri qeyd etmişdi: “Bu münasibətləri demokratikləşdirmək və islahat aparmaq lazım idi. Bu edilmədi”.
Qorbaçovun sözlərinə görə, o zaman müttəfiq respublikaların öz dövlətçilik anlayışı yaranmışdı və bununla hesablaşmaq lazım idi. Amma bu həmişə nəzərə alınmırdı: “SSRİ daxilində münasibətləri təkmilləşdirmək lazım idi”.
M.Qorbaçov keçmiş SSRİ respublikalarının birgə dialoq apara biləcəklərini vurğulayıb: “Tərəfləri bir yerə yığmağa ehtiyac yoxdur. Bizim ümumi tarixmizi xatırlamaq lazımdır. Onu biz bir yerdə müdafiə etmişik. İndi də bir yerdə işlərimizi görə bilərik”-deyə Qorbaçov vurğulayıb.
Aprelin 23-də Kommunist Partiyasının məşhur Aprel plenumunun 35 ili tamam olub. Məhz 1985-ci ilin aprelində keçirilmiş bu plenum SSRİ-də yenidənqurmanın başlanma tarixi sayılır.
SSRİ 1991-ci il dekabrın 25-də Prezident Qorbaçovun xalqa müraciətindən sonra mövcudluğuna son qoyub.
Azpost.info