SSRİ Prezidentinin sabiq müşaviri:"Azərbaycan Qorbaçovun ittifaq müqaviləsini imzalamaq istəmirdi”

“Azərbaycan, Gürcüstan, Moldova və Pribaltika istisna olmaqla doqquz respublika SSRİ-nin yeni ittifaq müqaviləsinin bağlanması barədə ümumi razılıq əldə etmişdilər. Lakin  SSRİ üçün yeni ittifaq müqaviləsinin hazırlanması çox ləngidi”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ Millətlər Sovetinin sabiq sədri, 93 yaşlı Rafik Nişanov  Sovet İttifaqının suqutu haqqında RTR-ə verdiyi müsahibəsində deyib.

1926-cı ildə anadan olmuş Rafik Nişanov 1988- 89-cu illərdə Özbəkistan SSR-in Komunist Partiyasının birinci katibi olub. 6 iyun 1989-cu ildə SSRİ Millətlər Sovetinin sədri seçilib. 1991-ci ilin sentyabında SSRİ prezidentinin müşaviri  təyin olunub.

Onun sözlərinə görə, Yeltsin və Kravçukun qatıldığı sonrakı müzakirələrdə daha çox İttifaqın saxlanması, SSRİ-nin gələcək müqavilədə rolu barədə müzakirələrdən yan keçməyə başladılar: “Mixail Qorbaçov “Novo –Oqoroyvo”da 3 dəfə ümumi iclas çağırdı. Federasiya Soveti Respublikalar Şurası adlandırıldı. Lakin vahid rəyə gəlmək mümkün olmadı. Bir dəfə hətta Qorbaçov möhkəm əsəbələşdi və “özünüz necə istəyirsiniz qərar verin, mən gedirəm” deyib iclası tərk etdi. Yeltsin və bir neçə başqa respublika rəhbəri onun arxasınca gedərək iclasa qaytardılar.   

Xeyli müzakirədən sonra nəhayət yeni ittifaq müqaviləsini imzalamağa razı olan 5-6 respublika qaldı. Bununla yanaşı yeni SSRİ-nin səlahiyyətləri  xeyli məhdudlaşırdı. Ümumi təhlükəsizlik, ordu, ümumi vətəndaşlıq, ekologiya kimi məsələlərdə… Digərləri müttəfiq respublikalara verilirdi. Ola bilsin ki, əvvəlki kimi güclü Mərkəz olan dövlət olmayacaqdı, amma bizi birləşdirəcək vahid mərkəz olacaqdı”, -deyə Nişanov bildirib.

Onun sözlərinə görə, bu şərtlərin işləməsi üçün ilk olaraq müttəfiq respublikalarla iqtisadi  müqavilə imzalanmalı idi. Bu birlik üçün əsas olacaqdı: “Bu müqavilənin imzalanmasını sürətləndirmək əvəzinə, çox böyük sayda respublika rəhbərləri mərkəzə müqavmət göstərərək müttəfiq hüquqlarının azaldılması əleyhinə çıxırdılar. Respublika rəhbərləri, ilk növbədə Rusiya rəhbərliyi böyük və möhkəm Mərkəz istəmirdi. Rusiya rəhbərləri Rusiyanın özünün səlahiyyət və hüquqlarının olmasını istəyirdilər”.

1991-ci ilin avqusutnda baş vermiş dövlət çevrilişi cəhdini şərh edən Nişanov deyib ki, Mixail Qorbaçovun vəzifədən müvəqqəti uzaqlaşdırılması Konstitusiyaya zidd addım idi və tamamilə həmin dövrün tələblərinə cavab verimirdi: “Görünür QKÇP” təşkliatçıları hesab edirdilər ki, yeni SSRİ-nin artıq heç bir gücü qalmayacaq və nəticədə bütün respublikalar qaçıb dağılışacaqlar. Bu qiyamçıların ciddi səhvi idi”.

Nişanovun sözlərinə görə, qiyamçıları həbs etməyə luzum yox idi. Məsələni siyasi yolla həll etmək olardı. “Qorbaçov qiyamı pisləyib, öz hakimiyyətini bərpa edib ittifaq müqaviləsi üzərində işi davam etdirməli idi.  Qiyamçıların dövlət çevrilişi etmək fikri yox idi. Məlum olanda ki, qiyam uğrusuz olub qəfildən Qorbaçovu xilas etmək üçün Yeltsinin komandası və “QKÇP” iştirakçıları Forosa uçurlar.  Qorbaçovu kimdən xilas etmək lazım idi? Qorbaçov öz təyyarəsini çağırıb, ona oturub gələ bilərdi. Onu xilas etmək üçün heç bir zərurət yox idi”.

Nişanov qeyd edib ki, Qorbaçov Forosdan qayıtdıqdan sonra anlaşılmaz addımlar atıb: “Qorbaçov qayıtdıqdan sonra mövqeyini möhkəmlətmək üçün mövcud ittifaq orqanlarından  istifadə etmək, ittifaq müqaviləsi üzərində işi davam etdirmək  əvəzinə  o nədənsə SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovdan və bütün Ali Sovetdən incik düşdü. O, qanuni mövcud olan Ali Sovetə gəlmək, orada situasiyanı izah etmək, qərar qəbul etmək əvəzinə Rusiya Ali Sovetinə getdi. Orada Yeltsin onu alçaldan hərəkətlər elədi. Birbaşa tribundan ona Kommunist Partiyasının buraxılması barədə sənədi imzalatdırdı. Belə böyük siyasi məsələləri bu formada həll etmək olmazdı”.

Nişanov bildirir ki, nəhayət xalq deputatlarıın növbəfənkənar qurultayını çağırmalı oldular və orada situasiya müzakirə edildi: “Bu qurultaya nədənsə Rusiya Ali Sovetinin 300 deputatı dəvət olunmuşdu. Onlar qurultaya təzyiq etmək üçün çağrılmışdlar.  Sonucda Qorbaçovun dəstəyi ilə Rusiya rəhbərliyi qurultayın özünü buraxmasına nail oldular. Respublika Şurası yaradıldı. Sonu da məlumdur”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Klintonu prezident seçkilərində iştirak etməyə çağırıb

Sonrakı məqalə

Azərbaycanda sifilisə yoluxmuş insanların sayı artıb –