“Starlink” Ermənistanda peyk interneti təqdim etməyə başlayıb

“Starlink” Ermənistanda peyk interneti təqdim etməyə başlayıb.

AzPost bildirir ki, bu barədə yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan öz Facebook səhifəsində yazıb.

Xidmət ölkənin şəhərlərində və ucqar rayonlarında, o cümlədən əlçatmaz ərazilərdə mövcuddur.

Ötən il martın 21-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsində Azərbaycanın Starlink şirkəti ilə ölkədə genişzolaqlı peyk internet xidmətlərinin tətbiqi ilə bağlı müzakirələr apardığını bildirib.

Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) ilə SpaceX şirkəti arasında Azərbaycanda Starlink internet xidmətlərinin istifadəyə verilməsi haqqında saziş imzalanıb.

Starlink İnternet şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 70-dən çox ölkədə istifadəçilər üçün əlçatandır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.