Stress dişlərimizə necə zərər vurur?- Həkim RƏYİ

Stress ağız suyunun turşuluğunu artırır və bu da öz növbəsində kariyes, stomatit və digər ağız xəstəliklərinin inkişafını sürətləndirə bilər.

Azpost.info xəbər verir ki, mütəxəssislərə görə, bu, insan orqanizminin narahatlıq vəziyyətində istehsal etdiyi kortizol hormonu ilə bağlıdır.

Bundan başqa, stress periodontitə səbəb ola, nəticədə diş ətinin vəziyyətini pisləşdirə və dişlərin tökülməsinə səbəb ola bilər.

“İnsan əsəbi olanda orqanizm stress hormonu adlanan kortizol ifraz edir. Bu, ağız suyunun tərkibinə təsir göstərir, turşuluq səviyyəsini artırır və kariyes, stomatit və digər ağız xəstəliklərinin sürətlə inkişafına səbəb olur. Bundan başqa, stress diş ətinin vəziyyətini pisləşdirə, periodontit, gingivit və periodontal xəstəliklərə səbəb ola bilər ki, bu da diş itkisinə gətirib çıxarır”, – stomatoloqlar deyir.

Stress həm də ağızda əzələ gərginliyi yarada, dişlərin qeyri-iradi sıxılmasına və ya bruskizmin inkişafına səbəb ola bilər. Bütün bunlar da son nəticədə çənə oynağında çətin müalicə olunan problemlər yarada bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.