Stresslə mübarizə üçün reyhan yeyin-HƏKİM RƏYİ

Rusiyalı həkimlər stresslə mübarizədə kömək edən məhsulun adını açıqlayıblar. Məlum olub ki, söhbət ədviyyat və ya salatın tərkib hissələrindən biri kimi istifadə edilən reyhandan gedir.

Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq qeyd edib ki, reyhanda beyin fəaliyyətini yaxşılaşdıran və narahatlığı aradan qaldırmağa kömək edən B1, B2, B3 və B6 vitaminləri var. Onun sözlərinə görə, bu qiymətli xüsusiyyətlərə malik göyərti gündəlik qida rasionunda olmalıdır.

Qinzburqun həmkarı Sergey Aqapkin isə qeyd edib ki, reyhan tərkibli dərmanlar narahatlığı azaltmaqda trankvilizator qrupunda olan preparatlar qədər təsirli ola bilər.

“Bunula bağlı çoxlu araşdırmalar var. Kapsullarda qurudulmuş reyhan 400-1200 milliqram dozada, yəni hardasa bir qramlıq dozada stress pozğunluğu olan insanlara verilib. Preparatın narahatlıq əleyhinə təsiri açıq-aydın görünüb”, – deyə Aqapkin əlavə edib.

“Bu, insanın fiziki və psixi vəziyyətini yaxşılaşdırar”, – deyə həkim bildirib və əlavə edib ki, bitkinin müntəzəm istifadəsinin narahatlıq hissini demək olar ki, 40% azaltdığı sübut olunub. (Lenta.ru)

Əvvəlki məqalə

Rusiyalı generalın Ukraynada həlak olması rəsmən təsdiqləndi –

Sonrakı məqalə

Şəhid ailələri və müharibə əlilləriylə bağlı Əlaqələndirmə Komissiyasının tərkibi dəyişib