Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Su Ehtiyatları Agentliyi və “ACWA Power” şirkəti arasında saziş imzalanıb

User 22 Sentyabr 2025 - 17:23 (Last updated: 22 Sentyabr 2025 - 17:23)
su imza
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “Xəzər dənizində suyun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş” imzalanıb.
Sazişin imzalanma mərasimi Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində həyata keçirilib. Sənədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power”in baş icraçı direktoru Marko Arselli imza atıblar.
Razılaşma dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihənin icrası regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının yaxşılaşdırılmasına töhfə verəcək.
Forum çərçivəsində həmçinin “Emal olunmuş suyun alınmasına dair saziş” imzalanıb. Sənədi Zaur Mikayılov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marko Arselli imzalayıblar.
İnvestisiya Forumu çərçivəsində əlavə olaraq Anlaşma Memorandumu da imzalanıb. Memorandumu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşov və “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Selim Güven imzalayıblar.
Bundan əlavə, iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marko Arselli “Torpaq icarəsi haqqında saziş”ə, maliyyə naziri Sahil Babayev və Marko Arselli isə “Dövlət zəmanəti haqqında saziş”ə imza atıblar.

AzPost.az

Post navigation

Previous: I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 5,5 milyard dollarlıq layihələr imzalanıb
Next: “Adnan Əhmədzadə yazılanlardan narahatdır…” –

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.