Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Şübhəli tenderlər, səmərəsiz xərclər, havaya sovrulan milyonlar –

User 10 Aprel 2023 - 16:42 (Last updated: 21 May 2025 - 20:15)
Hesablama Palatası

 Hesablama Palatası 2022-ci ildə Mədəniyyət Nazirliyində dövlət satınalmaları ilə bağlı apardığı auditin nəticələrini açıqlayıb.

Azpost.info bildirir ki, audit nəticəsində bir sıra problemlər aşkar edilib.

Hesabatda qeyd olunur ki, Nazirlik satınalmaları planlaşdırarkən rəqabətli mühiti formalaşdıra bilməyib: “Bu dövlət ehtiyaclarının rəqabətli mühitlə ödənilməsini məhdudlaşdırıb, əvvəlcədən məlum istiqamətlər üzrə satınalmalar vaxtında keçirilməyib”.

2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqı satınalma proseduru olmadan ödənilib.

Bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi daha yüksək qiymətlərin tətbiqinə şərait yaradıb. Ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib.

Bir sıra hallarda isə əsas şərtlər toplusuna uyğun olmayan tender təkliflərini təqdim edən iddiaçılar müsabiqədən kənarlaşdırılmayıb, bəzi hallarda isə həmin iddiaçılar qalib seçilib. Bu isə sifarişçi tərəfindən başa çatdırılmadan müqavilələrə xitam verilməsi, müqavilələrin 50,0%-dən çoxunun isə subpodrat müqavilələr çərçivəsində icra olunmasına şərait yaradıb.

“Müqavilələr bəzi hallarda malların, işlərin və xidmətlərin faktiki alındığı tarixlərdən sonra bağlanaraq 1240,0 min manat vəsait ödənişi həyata keçirilib. Bu da sonradan aparılmış satınalma prosedurlarının formal xarakterli olduğunu göstərir”.

Nazirlik tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnib. Ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.

Nazirlik satınalmaları və funksional fəaliyyəti uzlaşdıra bilməyib. Bu isə tabeliyindəki təsərrüfatlı qurumların saxlanılması və ictimai birliklərə vəsait yönəldilməsi ilə nəticələnib, bəzi hallarda təsdiq edilmiş xərc istiqamətləri dəyişdirilməklə 1944,7 min manat vəsait xərclənib. Bu isə  dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin məqsədlər üzrə istifadəsində əhəmiyyətli risklərə yol açıb.

Auditin əhatə etdiyi dövrdə Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin kənar müəssisələrə ötürülməsi səbəbindən 257,9 min manat məbləğində dövlət vəsaitinin səmərəsiz istifadə olunub.

Hesabatda bildirilir ki, müqavilələrin icrası ilə bağlı təsdiqedici sənədlərin müvafiq qaydada tərtib olunmayıb və ya ümumiyyətlə təqdim edilməyib, məqsəd və nəticələr arasında əsaslı riskləri formalaşdırıb. Burada  isə müqavilələr üzrə 563,9 min manat pulun hara xərclənməsi aydın olmur.

Azpost.info

 

Post navigation

Previous: “Prezident İlham Əliyevin səfəri Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldıracaq”
Next: Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.