Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

Əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.

Mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.

Xatırladaq ki, Azər Paşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Əvvəlki məqalə

Şübhəli tenderlər, səmərəsiz xərclər, havaya sovrulan milyonlar –

Sonrakı məqalə

Çexiya hökuməti vətəndaşlara alış-veriş üçün Polşaya getməyi tövsiyə edib