Süd bu xəstələrdə korluq və iflicə səbəb ola bilər –Həkimlərdən xəbərdarlıq

Hindistanlı həkimlər süd və süd məhsulları içməyin ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Azpost.info xəbər verir ki, mütəxəssislər bunun dağınıq skleroz simptomlarının inkişafını sürətləndirəcəyini bildirirlər. Belə ki, bu xəstəlikdən əziyyət çəkən insanlarda görmə problemləri, əzalarda uyuşma ola bilər. İflic, görmə qabiliyyətinin itirilməsi və ya hərəkət çətinliyi kimi nəticələr də mümkündür. Məlum olub ki, dağınıq sklerozlu xəstələr süd məhsulları istehlak etdikdə xəstəliyin ağır simptomlarından daha çox şikayət edirlər.

Bonn Universiteti Xəstəxanasının Anatomiya İnstitutunun alimləri müəyyən ediblər ki, inək südündə olan zülal neyronları zədələyən iltihaba səbəb ola bilər. Tədqiqatların nəticələri göstərib ki, zərər həm insanlarda, həm də inək südündən müxtəlif zülallar vurulan siçanlarda müşahidə olunub. Nəticədə tədqiqatçılar müəyyən qrup xəstələrə süd məhsullarından çəkinməyi təklif ediblər. Mütəxəssislər inək südünə qarşı allergiyası olan dağınıq skleroz xəstələrini süd, qatıq və ya kəsmik qəbul etməməyə çağırıblar.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət naziri Lənkəran qalasını ziyarət edib –

Sonrakı məqalə

Səhiyyə xərcləri üçün büdcədən ayrılan vəsait açıqlanıb