“Sülh danışıqlarının başlamasına dair mövqe döyüş meydanında müəyyənləşəcək”- SUNAK

“Ukraynada sülh danışıqlarının başlamasına dair mövqe döyüş meydanında müəyyənləşəcək və bunun üçün Kiyevə hərbi dəstəyi artırmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın Baş naziri Rişi Sunak deyib.

“Biz öz tərəfimizdən ukraynalılara döyüş meydanında üstünlük verəcək hərbi yardımı artırmaqla onları ən yaxşı danışıqlar mövqeyinə gətirə bilərik”, – Sunak bildirib.

Baş nazir münaqişənin danışıqlarla yekunlaşacağına əminliyini ifadə edib. Lakin əlavə edib ki, onların nə vaxt başlayacağına dair qərarı Kiyev verməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.