“Sülh gələnə qədər hücuma məruz qalanlara dəstək olmalıyıq”- Almaniya prezidenti xalqa müraciət etdi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Milad bayramı münasibətilə vətəndaşlara müraciətində başa çatmaqda olan ilin ölkə və onun sakinləri üçün asan olmadığını bildirib.

Azpost.info xəbər verir ki, o, almanların Ukraynadakı hazırkı hadisələrin ağır nəticələrini yaşadıqlarını, çoxlarının özlərini məhdudlaşdırmaq məcburiyyətində olduğunu deyib.

“Mən bu böhranın hamınızdan nələr tələb etdiyini bilirəm. Siz bu müharibənin nəticələrini, xüsusən də iqtisadi olanları hiss edirsiniz. Hazırda ağır vaxtlardır. Biz küləyə qarşı gedirik. Milad bizə güvən verən şeylərə baxmaq üçün doğru andır. Avropa birləşib, bir çox şirkət böhrandan daha güclü çıxmaq üçün çalışır. Bu ilin ən böyük arzusu sülhün yenidən hökm sürməsidir. Lakin bu, hələ hiss olunmur. Sülh gələnə qədər insanlıq bizdən hücuma, təhdidlərə və təzyiqlərə məruz qalanlara dəstək olmağı tələb edir”, – Almaniya prezidenti qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Azərbaycan beynəlxalq aləmdə getdikcə daha mühüm rol oynayır”

Sonrakı məqalə

Türkiyə Prezidenti İlham Əliyevi təbrik edib-