Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Üç ayda neft və qaz satışından 5 milyard manat gəlir gəlib –

User 18 Aprel 2023 - 13:30 (Last updated: 21 May 2025 - 20:15)
neft

Dövlət Neft Fondu 2023-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. 

Azpost.info-ya verilən məlumatda bildirilir ki,  2023-cü il martın 31-ə ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9.0% artaraq 53 437,6 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil edib.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manatdır.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 427,6 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 1576,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2,0 milyon manat yönəldilmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,1 milyon manat təşkil edib.

2022-ci il ərzində beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-nin investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-nin həm istiqraz, həm də səhm aktivlərinə öz müsbət töhfəsini göstərib.

Eyni zamanda bildirək ki, maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrə bank sektorunda yaşanan böhran fonunda ARDNF-nin istiqraz alt portfelinin son illərdə keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan verib. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək olan inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir.

Yuxarıda qeyd edilən investisiya və büdcədənkənar gəlirlərin, həmçinin neft və qaz satışından əldə olunan daxilolmaların 3 ayın nəticələri üzrə proqnozları üstələməsi ARDNF-nin aktivlərinin həcminin artmasında öz əksini tapıb.

Azpost.info

Post navigation

Previous: “Sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var”
Next: Prezident İlham Əliyev və Mehriban Əliyeva Salyana səfər edib

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.