“Sülh sazişinin bir sıra müddəaları üzrə konsensus əldə olunub”- Ermənistan parlamentinin sədri

“İrəvanla Bakı arasında sülh sazişinin bir sıra müddəaları üzrə konsensus əldə olunub”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü nəzərə alınmaqla hazırlanan sazişlə bağlı müzakirələrdə Rusiyanın rolu var.

Simonyan razılaşmanın təfərrüatlarını açıqlamaqdan imtina edib və bunun ümumi prosesə mane ola biləcəyini deyib.

“Sazişdə Ermənistanla Azərbaycan arasında konsensusun olduğu müddəalar var. Bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplər, ümumi müddəalardır. Qırmızı xətlər var və biz sazişdə Ermənistanın suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü altına minaları qoya bilmərik”, – Simonyan əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Prokuror MTN generalına qaytarılmış əmlakın müsadirəsini tələb edib-

Sonrakı məqalə

“Azərbaycanla Rusiya arasında dostluq münasibətləri yüksələn tempdə inkişaf edib”