Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Sumqayıt Dövlət Dram Teatrının direktor vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Şəfiyev Samir Nizaməddin oğlu bu vəzifəyə təyin edilib.

Şəfiyev Samir Nizaməddin oğlu 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsində (1999-2003) təhsil alıb. 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışıb. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər mədəniyyət evinin, 2015-ci ildən isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.