Sumqayıtda 16 yaşlı qız evdən qaçıb

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evdən qaçıb.
Qızın ailəsi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Ailə tezliklə yeniyetmənin tapılmasını istəyir.
Hadisə ilə bağlı Baku TV-yə danışan itkin düşən qızın anası Günel Xəlilovanın sözlərinə görə, övladı evdən zibil atmaq adı ilə çıxıb.
“Sonra mənə “sənin kimi anam yoxdur. Məndə videolar var. Onları Həsən əmiyə atmışam. Ondan həmin görüntüləri sənə göndərməsini istəyərsən” mesajını yazıb.
Evdən qaçmazdan bir gün öncə bacısını dəniz qırağına apararaq “çılpaq şəkillərimi çək” deyib. Bu şəkillərin kiməsə göndərildiyini düşünürəm. Həsəndən şübhələnirəm. O, ailəvi dostumuz, rəfiqəmin qeyri-rəsmi yaşadığı şəxsdir”, – o söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, itkin düşən 16 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.