Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb

Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

Məmmədov Bəhmən Xudayar oğlu “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Qasımova Pərnisə Əmirqulu qızını vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.