Sumqayıtda evdə partlayış olub

- Ər-arvad xəsarət alıb
25 Noyabr 2019 - 12:33

Sumqayıtda evdə partlayış olub.

APA-nın məlumatına görə, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.