Sumqayıtda kollecin yataqxanası yanır –FOTO

Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxanada yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əvvəlki məqalə

Qaçaqmal ittihamı ilə saxlanılan Şvartsnegger sərbəst buraxılıb

Sonrakı məqalə

Sumqayıtda yanan yataqxana polis nəzarətinə götürülüb