Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub –13 nəfər yaralanıb

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

Hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkmənistan prezidentlərinin telefon danışığı olub

Sonrakı məqalə

Rusiya BMT-yə Ukraynaya dair qətnamə layihəsi təqdim edəcək