Sumqayıtda qalib əsgərə heykəl qoyuldu –

FOTOLAR
29 Oktyabr 2021 - 10:07

Sumqayıt Şəhidlər xiyabanında Vətən müharibəsi ilə əlaqədar abidə qoyulub.

Yenidənqurma işləri aparılan Sumqayıt Şəhidlər xiyabanında işlər yekunlaşmaq üzrədir.

Görülən işlər çərçivəsində 44 günülük Vətən müharibəsi ilə əlaqədar Şəhidlər xiyabanında yeni abidə ucaldılıb. Eyni zamanda, Şəhidlər xiyabanının girişində hündürlüyü 30 metrə çatan bayraq dirəyi quraşdırılıb. Şəhidlər Xiyabanında aparılan təmir bərpa işlərinin 8 Noyabr – Zəfər Gününə qədər yekunlaşdırılması planlaşdırılır.

Məlumatı Oxu.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən təsdiq ediblər.

Qeyd edə ki, Sumqayıt Şəhidlər xiyabanı 1992-ci ildə salınıb. Hazırda xiyabanda 510 şəhid məzarı var.