Lənkəranda narkotacirlər tutulub

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər rayon sakini saxlanılıb. Bir kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kərim Rizayev narkotik vasitə heroini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə K.Rizayevin həmin narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Mirzəyevdən əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı F.Mirzəyevdən 1 kiloqram 330 qram heroin, 47 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda qalib əsgərə heykəl qoyuldu –

Sonrakı məqalə

ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək