Sumqayıtda zibil qabından tapılan körpə ilə bağlı yeni faktlar məlum olub.
Körpə qız Sumqayıtda fəaliyyət göstərən doğum evlərinin heç birində doğulmayıb. Körpənin ev şəraitində və vaxtından əvvəl dünyaya gəldiyi bildirilir.
Məlumata görə, Sumqayıtda Perinatal Mərkəzdə saxlanılan körpənin vəziyyəti yaxşıdır və hər hansı bir həyati təhlükəsi yoxdur.
Uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.
Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib.