Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sumqayıtdakı məktəbdə 21 şagird zəhərlənib

User 02 Oktyabr 2026 - 11:40 (Last updated: 02 Oktyabr 2026 - 12:17)
xestexana-daxili-

Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb.

TƏBİB-dən bildirilib ki, 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb:

“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

**

Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.

TƏBİB-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

“Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, məlumatda deyilir.

 

 

AzPost.az

Post navigation

Previous: Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
Next: “Biz sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik” –

Oxşar xəbərlər

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05

xƏBƏR

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi etmək istəyən istifadəçilər şəxsiyyətlərini rəqəmsal...
Read more about MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.