Süni intellekt hansı peşələri sıradan çıxara bilər?– Ekspert açıqlayıb

Süni intellekt
Süni intellekt

Süni intellektin inkişafı bir sıra peşələrin gələcəyini sual altına qoyur. AzPost xəbər verir ki, Rusiya Maliyyə Universitetinin professoru Aleksandr Safonov “Rossiyskaya qazeta”ya açıqlamasında təkrarlanan və rutin tapşırıqlarla məşğul olan peşələrin süni intellekt səbəbilə yox ola biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, kassirlər, poçt işçiləri, bankların inzibati heyəti, ofis menecerləri, telemarketlər və çağrı mərkəzi operatorları bu risk altındadır. O qeyd edib ki, Ümumdünya İqtisadi Forumunun proqnozlarına əsasən, onilliyin sonuna qədər dünyada 92 milyon iş yeri yox ola bilər, lakin 170 milyon yeni vakansiya da yarana bilər.

Safonov eyni zamanda bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi hazırda baha başa gəlir və kütləvi ixtisar riski hələlik yüksək deyil. O əlavə edib ki, bu texnologiyalar səhiyyədə məhsuldarlığı artırsa da, kadr çatışmazlığı problemini tam həll edə bilməyəcək və müəllimləri əvəz etmək gücündə deyil. Şəxsi ünsiyyət və inam hələ də bir çox sahədə əvəzolunmaz olaraq qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.