Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

Süni intellekt yaxın illərdə bir çox iş yerinin sıradan çıxması ilə nəticələnəcək.

Bu qənaətə isveçrəli mütəxəssislər gəliblər. Onların araşdırmasına görə, informasiya texnologiyalarının inkişafı əsasən qadınların məşğul olduğu peşələrə təhlükə yaradır. Ən böyük risk qrupuna katibələr, çağrı mərkəzlərinin əmnəkdaşları, inzibati işçilər və tərcüməçilər daxildir.

Proqramlaşdırma və texniki xidmətlə bağlı işlərlə əsasən kişilər məşğul olur. Süni intellektin tətbiqinin genişlənməsi metallurqlar, mexaniklər, emal sənayesində çalışanlar və təmizlik işçiləri üçün demək olar heç bir risk yaratmır.

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Sonrakı məqalə

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür