Suriyada Azərbaycan səfirliyi yenidən fəaliyyətə başlayacaq?

Suriyada Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması planlaşdırılır.

Bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Suriyaya səfərinə dair yayılan məlumatda deyilir.

“Nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş əsnasında qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 il sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb”, – məlumatda qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.