ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) bazar günü həbsxanadan qaçan məhbusların axtarışını həyata keçirir.
Əl-Hasak vilayətinin Qoiran həbsxanasında minlərlə İŞİD üzvü saxlanılır.
SDF komandiri və həbsxana müdiri Rubar Hüseynin dediyinə görə, məhbuslar qiyam qaldırmış, təhlkükəsizlik kameraları və qapıları sındırmış, həbsxananın bir mərtəbəsinin nzarətini ələ keçirimişdi. O, hazırda axtarış əməliyyatlarının davam etdirildiyini bildirib.
Axtarış əməliyyatlarına Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri də cəlb edilib.
Bu həbsxanada 2 minə yaxın xarici yaraqlı saxlanılır. SDF onların təhvil verilməsi üçün vətənlərinə müraciət etsə də, məhbuslar qəbul edilməyib.
“Bu problem bütün ölkələrin problemidir. Ölkələr bizə arxalarını çevirir. Bizə yardım etmir. Ümid edirik ki, bir gün bizə verilən vədlərə əməl ediləcək” – deyə, Hüseyn bildirib. (Amerikanın Səsi)