“Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək” –

Ərdoğan
04 Fevral 2020 - 23:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon bağlantısı yaradıb.

Bu barədə “Reuters” Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə edilmiş silahlı hücum bu ölkədə sülhün bərqərar olması üçün birgə səyləri sarsıdır. Eyni zamanda, Türkiyə lideri Suriyada oxşar hücumlar təkrarlanacağı təqdirdə Ankaranın özünümüdafiə hüququndan istifadə edəcəyini deyib.