Mehriban Əliyeva Əlibaba Məmmədova təbrik yazdı:“Muğam ifaçılığının inkişafında böyük xidmətləriniz var”

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyi münasibəti ilə təbrik edirb.

Azpost.info bildirir ki, M.Əliyeva bununla bağlı sosial səhifədə paylaşım edib: “Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.
Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək” –

Sonrakı məqalə

Türkiyədə avtobus qar uçqunu altında qaldı –