“Suriyada türk əsgərlərinə hücum təkrarlanarsa, Ankara özünü müdafiə edəcək” –Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon bağlantısı yaradıb.

Bu barədə “Reuters” Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə edilmiş silahlı hücum bu ölkədə sülhün bərqərar olması üçün birgə səyləri sarsıdır. Eyni zamanda, Türkiyə lideri Suriyada oxşar hücumlar təkrarlanacağı təqdirdə Ankaranın özünümüdafiə hüququndan istifadə edəcəyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 20 mini keçib

Sonrakı məqalə

Mehriban Əliyeva Əlibaba Məmmədova təbrik yazdı: