Suriyanın silahlı müxalifəti Rusiya ilə əlaqə yaradıb.
Azpost.info bildirir ki, bu barədə RİA Novosti-yə müxalifət rəhbərliyinə yaxın mənbə məlumat verib.
“Hazırda biz Rusiya hökuməti ilə əlaqə kanalları yaratmışıq”, – mənbə bildirib.
Silahlı müxalifət həmçinin Dəməşqdəki səfirliklərə hücum etməyəcəyinə söz verib.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Suriyadakı Rusiya hərbi bazaları hazırda onların təhlükəsizliyinə ciddi təhlükə yoxdur.