Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Sürücü “Paşa sığorta”dan şikayətçidir

Orkhan Ali 22 Yanvar 2026 - 09:00 (Last updated: 21 Yanvar 2026 - 23:30)
Paşa sığorta

Paşa sığorta

Paytaxt sakinlərindən biri PASHA Insurance (Paşasığorta) şirkətinin fəaliyyəti ilə bağlı narazılığını ictimaiyyətə açıqlayıb.

AzPost xəbər verir ki, sürücü Nəriman Zeynalovun sözlərinə görə, 5 dekabr 2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verib və o, icbari sığorta ödənişinin alınması üçün şirkətə rəsmi müraciət edib. Lakin hadisədən artıq bir ay yarımdan çox vaxt keçməsinə baxmayaraq, hələ də sığorta ödənişi həyata keçirilməyib.

Şikayətçi bildirir ki, bu müddət ərzində dəfələrlə Paşasığortanın qaynar xəttinə müraciət etsə də, ona yalnız “geri dönüş olacaq” deyilib. Onun iddiasına görə, indiyədək nə rəsmi cavab verilib, nə də problemin nə zaman həll olunacağı ilə bağlı məlumat təqdim edilib.

N.Zeynalov sığorta şirkətinin təklif etdiyi kompensasiya məbləğindən də narazıdır. O hesab edir ki, aparılan dəyərləndirmə real zərəri əks etdirmir və təklif olunan məbləğ qəza nəticəsində dəymiş ziyana uyğun deyil.

Baş verənlərdən sonra sürücü növbəti icbari sığorta müqaviləsini başqa şirkətlə bağlamağı düşündüyünü bildirib və digər sürücülərdən etibarlı sığorta şirkətləri ilə bağlı tövsiyə istəyib.

Qeyd edək ki, son vaxtlar sığorta ödənişlərinin gecikdirilməsi və məbləğlərin aşağı hesablanması ilə bağlı vətəndaşların şikayətləri artmaqdadır. Məsələ ilə bağlı PASHA Insurance-in mövqeyini öyrənmək mümkün olmayıb.

AzPost.az

Post navigation

Previous: Uzun müddət tox saxlayan 5 konserv məhsulu
Next: Ağıl dişləri neçə yaşda çıxır və onları mütləq çıxarmaq lazımdırmı?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.