Sürücülük vəsiqəsi ilə bağlı imtahanlar bu sistemlə təşkil ediləcək

Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYPİ) mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.