Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq –Qanun hazırlanıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Şuşa şəhəri Dövlət Qoruğu Şuşada Xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə ediləcək.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Quruğurunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Prezident İlham Əliyev Tahir Salahovun vəfatı ilə əlaqədar başsağlığı verib