Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müəyyən edəcək.

Bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.

Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək.

Eyni zamanda Şuşa şəhərinin ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkili müvafiq icra hakimiyyəti orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək və onlardan istifadə təşviq ediləcək. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya bu cür istifadə qadağan edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“MEDİA “Jurnalist Evi”ndəki mənzillərin özəlləşdirilməsinə münasibət bildirib

Sonrakı məqalə

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcər rayonu ərazisində vəfat edib –