“Şuşada 960 yerlik tam orta məktəb tikiləcək” –

Təhsil naziri
12 May 2021 - 22:15
Ermənilər tərəfindən Şuşada tamamilə dağıdılan təhsil ocağının yerində tezlikə yeni 960 şagird yerlik tam orta məktəbin tikintisi nəzərdə tutulur”.
Azpost.info bildirir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoydu. Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb hesab edilən və 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 150 illik yubileyi qeyd olunan təhsil müəssisəsinin bünövrəsi məhz burada atılıb”.