Azərbaycanda Ramazan bayramı qeyd edilir

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edib.

Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1 – may ayının 13-də qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır.

Bayram namazı da mayın 13-də Zöhr namazına qədər qılına bilər.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qazılar Şurası tövsiyə edir ki, bu əziz, mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşada 960 yerlik tam orta məktəb tikiləcək” –

Sonrakı məqalə

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan xalqı təbrik edib