Şuşada iki ev yanıb

Şuşada iki ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Şuşa şəhərində ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  

Bundan başqa, Şuşa şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

l Qarabağ müharibəsində itkin düşən 7 Azərbaycan vətəndaşının qalıqları təhvil alınıb

Sonrakı məqalə

Sabahın hava proqnozu açıqlanıb