Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

26 İyun- Silahlı Qüvvələr Günündə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov yeni yaşayış kompleksində Birinci və İkinci Qarabağ müharibəsi qaziləri, şanlı Ordumuzun üzvləri, şəhid ailələri ilə çay süfrəsi arxasında görüşüblər.

Nümayəndəlikdən bildiriblər ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qazilərin keçdikləri döyüş yolu barədə xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.