Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb

Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb.

Bu barədə bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov məlumat verib.

M. Abbasov bildirib ki, Şuşada 7 yaşayış massivi tikilir: “Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərinin tikintisi davam edir”.

Yeni otellərin tikildiyini nəzərə çatdıran M. Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının da Şuşada keçirilməsini xahiş edib və həmin dövrə qədər Şuşada çoxsaylı tədbir iştirakçılarının yerləşdirilməsi üçün hər hansı çətinliyin olmayacağını vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.