Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Suşi və rollar – gizli təhlükə

Orkhan Ali 03 Sentyabr 2025 - 16:00 (Last updated: 03 Sentyabr 2025 - 14:46)
1742751285_susi

Rusiyalı mütəxəssislər suşi və rolların sağlamlıq baxımından təhlükəli olduğunu açıqlayıb.

AzPost xəbər verir ki, Rusiya Biotexnologiya Universitetinin (ROSBİOTEX) baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik kafedrasının dosenti Polina Kulaç “Qazeta.ru”ya müsahibəsində bu yeməklərin insan orqanizmi üçün risklərini sadalayıb.

Onun sözlərinə görə, çiy balıqdan hazırlanan suşi və rollar küçə şaurması qədər təhlükəli ola bilər. Balığın tərkibində çoxlu sayda parazit və bakteriyalar mövcuddur ki, onlar orqanizmə keçərək ciddi xəstəliklər yarada bilər. Bundan başqa, bəzi balıq növlərində yüksək miqdarda civə toplanır.

Ekspert əlavə edib ki, bu yeməklərdə istifadə olunan souslar həddindən artıq duz və kalori daşıyır. Bu isə həm allergik reaksiyalara, həm də qalxanabənzər vəzidə problemlərə səbəb ola bilər.

Ən geniş yayılmış təhlükə isə parazitlərlə yoluxmadır. Polina Kulaçın sözlərinə görə, xüsusilə anizakidoz adlanan xəstəlik – nematod qurdlarının törətdiyi infeksiya – çiy balıq məhsulları ilə çox asanlıqla insan bədəninə keçə bilir.

Bundan əlavə, çiy balıqda tez çoxalan stafilokokk, salmonella və listeriya bakteriyaları da insan sağlamlığı üçün ciddi təhlükə yaradır. “Xüsusilə tuna və qızılbalıqla hazırlanan rollar daha çox risklidir”, – deyə mütəxəssis xəbərdarlıq edib.

AzPost.az

Post navigation

Previous: Alimlər sübut etdi: stress ürəyi molekulyar səviyyədə zədələyir
Next: Alpinistlər üçün ən ölümcül dağ zirvələri açıqlandı

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
Neyrobioloqlar müəyyən ediblər ki, makak meymunlarının beyni iki təsvir arasında çox sürətlə keçid edir. Halbuki eksperimentin şərtlərinə...
Read more about Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir? mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda 55b57241-1273-488c-b386-7b6f1ecf926b
  • Sosial

Abid Tahirlinin həyat və yaradıcılığı monoqrafik tədqiqatda

User 26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib ilham niderland
  • Siyasət

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

User 26 Oktyabr 2026 - 12:16
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin 1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.